28-ci günün İftar duası
Sabah Ramazan ayının 28-ci günüdür.
Crossmedia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 18-də Bakıda imsak saat 05:21-də, iftar isə saat 19:05-dədir.
Ramazan ayının 28-ci gününün duası:
"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
Tərcüməsi:
"İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"
Allah tutulan orucları qəbul etsin!
22:00 17.03.2026
Oxunuş sayı: 50