Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri martın 16-da Hadrut məscidini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, bu gün Xocavənd rayonunda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
19:04 16.03.2026
Oxunuş sayı: 37