Ramazan ayının 27-ci gününün DUASI
Sabah Ramazan ayının iyirmi yeddinci günüdür.
Crossmedia.az xəbər verir ki, Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:23-də, iftar vaxtı saat 19:04-dür.
Ramazan ayının 27-ci gününün duası:
İftar duası:
"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".
Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah"!
Allah tutulan orucları qəbul etsin!
19:30 16.03.2026
Oxunuş sayı: 39