Meta süni intellekt platforması Moltbook-u satın aldı
Meta (Facebook və Instagram-un sahibi) süni intellekt botlarının bir-biri ilə ünsiyyət qurması üçün yaradılmış Moltbook sosial media platformasını satın alıb.
Crossmedia.az "BBC" ə əsasən xəbər verir ki, bu barədə şirkət bildirir ki, bu addım süni intellekt agentlərinin insanlar və müəssisələr üçün yeni imkanlar yaratmasına kömək edəcək.
Reddit-ə bənzər Moltbook platforması əvvəlcə süni intellekt proqramlarının öz aralarında dialoq qurması üçün eksperiment kimi yaradılmışdı. Meta müqavilənin dəyərini açıqlamayıb.
Bəzi texnologiya mütəxəssisləri layihəni maraqlı hesab etsə də, bu cür sistemlərin kibertəhlükəsizlik və süni intellektin muxtariyyəti ilə bağlı etik narahatlıqlar doğurduğu bildirilir.
Rəmziyyə Babazadə
00:34 12.03.2026
Oxunuş sayı: 48