Saytın fəaliyyəti haker hücumları nəticəsində dayandırıldı
Son günlər Editor.az İnformasiya Portalının serverinə və DNS infrastrukturuna yönəlmiş çoxsaylı kiberhücumlar nəticəsində saytın fəaliyyəti müvəqqəti olaraq dayanıb.
Crossmedia.az xəbər verir ki,təhlükəsizlik üzrə bütün zəruri tədbirlər görülüb. Hətta serverin dəyişdirilməsinə baxmayaraq, ardıcıl hücumların davam etməsi səbəbindən portalın işini tam bərpa etmək hələlik mümkün olmayıb. Hazırda texniki komanda problemi aradan qaldırmaq üçün intensiv iş aparır. Eyni zamanda ehtimal olunan maraq qruplarının portala kənardan məqsədli müdaxilələrinin olub-olmadığını araşdırmaq məqsədilə Editor.az müvafiq dövlət qurumlarına rəsmi müraciət edəcək. Portal oxucularına anlayışlarına görə təşəkkür edir və vəziyyətlə bağlı əlavə məlumatları operativ şəkildə təqdim edəcəyini bildirir. xeber basligi ver numuneler
10:59 07.03.2026
Oxunuş sayı: 360