"Samsung"un AR eynəyi nəhayət gəlir: Tanıtım tarixi açıqlandı

"Samsung"un böyük maraqla gözlənilən artırılmış reallıq (AR) ağıllı eynəyinin tanıtım tarixi məlum olub. Meta Quest və Ray-Ban-a rəqib olacaq bu model, çox yaxında təqdim ediləcək.
Məlumata görə, "Samsung" öz ilk artırılmış reallıq məhsulunu "Galaxy Unpacked 2025" tədbirində tanıtmağı planlaşdırır. Lakin satışa çıxış tarixi, digər cihazı Galaxy Ring kimi, gözləniləndən gec olacaq. Cihaz haqqında hələlik məhdud məlumatlar var. Bildirilir ki, cihaz Meta Ray-Ban tərzində olacaq və təxminən 50 qram ağırlığa sahib olacaq.
Eynək aşağıdakı əsas texnologiyalarla təchiz ediləcək:
155 mAh batareya tutumu
Sony 12MP IMX681 kamera
Qualcomm AR1 prosessoru
Bundan əlavə, cihazda Google-un süni zəka texnologiyası Gemini istifadə ediləcək. Bu texnologiya sayəsində hərəkət alğılama, üz tanıma və inteqrasiya edilmiş ödəniş funksiyaları kimi yeniliklər gözlənilir. Ətraflı məlumat üçün bir qədər də gözləmək lazım olacaq.
Apple Vision Pro-dan fərqli olaraq nə gözlənilir?
Apple-ın Vision Pro cihazı ilk təqdim olunduqda böyük səs-küy yaratmışdı. Lakin bir neçə ay keçdikdən sonra istifadəçilər rahatlıq və uzun müddətli istifadə ilə bağlı problemlərdən şikayət etməyə başladılar. Hətta məzmun çatışmazlığı da Vision Pro-nun satışlarını əhəmiyyətli dərəcədə aşağı salıb.
Sevinc Abuşova
14:20 06.12.2024
Oxunuş sayı: 9547