CROSSMEDIA - Rusiya ABŞ-ı ittiham etdi
Xarici xəbərlər

Rusiya ABŞ-ı ittiham etdi

Rusiya Prezidenti Vladimir Putin yeni logistika marşrutlarının inkişafını iqtisadiyyat və ticarətin artımı, eləcə də geosiyasi risklərlə əlaqəli "qaçılmaz" bir proses kimi qiymətləndirir.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın ikinci ən böyük bankı olan VTB-nin təşkil etdiyi investisiya konfransında çıxış edən Putin ABŞ-ı Yaxın Şərqdə "aqressiv" davranmaqda ittiham edib.

Putin logistika marşrutlarının inkişafının qaçılmaz olduğunu vurğulayıb və bunu iqtisadiyyatın, ticarətin artımı və geosiyasi risklərlə əsaslandırıb. O, Süveyş kanalını misal gətirərək, kanal vasitəsilə daşınan yüklərin həcminin azaldığını və bunun Rusiya üçün "təəssüf doğurduğunu" bildirib.

“Bu, ilk növbədə geosiyasi risklərlə, həmçinin ABŞ-ın Yaxın Şərqdə aktiv və kifayət qədər aqressiv davranması ilə bağlıdır,” deyə Putin qeyd edib. O, bu cür hərəkətlərin bölgədə “müqavimət qüvvələri” tərəfindən cavab reaksiyasını ortaya çıxardığını əlavə edib.

Putin əlavə edib ki, bu vəziyyət iqtisadiyyata və logistika marşrutlarına zərər vurur və nəticədə bir çox daşıyıcı şirkətlər gəmilərini Afrika ətrafında istiqamətləndirməyə məcbur olur.

Rusiya Prezidenti həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın BRICS ölkələrinin ABŞ dollarından beynəlxalq ticarətdə uzaqlaşmağa çalışdığı təqdirdə 100% tarif tətbiq edilməsi ilə bağlı həftəsonu səsləndirdiyi açıqlamalarına toxunub. Putin bildirib ki, son dörd il ərzində qlobal və ABŞ iqtisadiyyatında “müəyyən dəyişikliklər” baş verib.

“O (Tramp) vəzifəsindən sonra onun siyasi opponentləri dolları qlobal ehtiyat valyutası kimi möhkəmləndirən fundamental əsasları ciddi şəkildə zəiflədiblər”,- deyə Putin əlavə edib. O, hazırkı ABŞ hökumətini dolları özlərinin “düşmən” hesab etdikləri dövlətlərə qarşı bir alət kimi istifadə etməkdə günahlandırıb.

16:10 05.12.2024

Oxunuş sayı: 3947

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR