Keçmiş "sağ əli" Zelenskini ittiham etdi
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı 2023-cü ildəki əks- hücum əməliyyatlarının uğursuzluğuna görə Prezidenti Volodimir Zelenskini günahlandırıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə ABŞ-nin "Associated Press" informasiya agentliyinə müsahibəsində deyil.
O qeyd edib ki, NATO tərəfdaş qüvvələrinin dəstəyi ilə hazırladıqları planın əsas məqsədi Zaporojye vilayətinə zərbə vuraraq Rusiyanın Krıma olan quru dəhlizini kəsmək və Azov dənizinə çıxışı təmin etmək idi.
Lakin Zelenski və digər rəsmilər lazımi resursları təqdim etmədiklərinə görə plan uğursuzluğa düçar oldu.
Səkinə Mirzəyeva
15:38 18.02.2026
Oxunuş sayı: 714