Polşa prezidenti Karol Navroçki bildirib ki, o, Polşanın nüvə layihəsinə qoşulmasının böyük tərəfdarıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, ölkə bu istiqamətdə fəaliyyətini “beynəlxalq normalara uyğun olaraq” başlamalıdır.
Navroçki əlavə edib ki, Polşa silahlı münaqişənin birbaşa sərhədində yerləşir və təcavüzkar, imperialist Rusiya Federasiyası-nın Polşaya münasibəti hamıya məlumdur. Prezidentin açıqlaması ölkənin enerji təhlükəsizliyi və regional müdafiə strategiyası baxımından böyük əhəmiyyət daşıyır.