Cenevrədə danışıqların ikinci günü başlayıb
İsveçrənin Cenevrə şəhərində Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqların ikinci günü start götürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşlərdə əsas diqqət atəşkəs imkanları, humanitar məsələlər və tərəflər arasında gərginliyin azaldılması mexanizmlərinə yönəlib.
Məlumata görə, tərəflər ilk gün aparılan müzakirələrin davamı olaraq təhlükəsizlik zəmanətləri və mümkün siyasi həll yollarını nəzərdən keçirirlər. Diplomatik mənbələr danışıqların mürəkkəb və həssas mərhələdə olduğunu bildirirlər.
Hələlik görüşün detalları və mümkün razılaşmalarla bağlı rəsmi açıqlama verilməyib. Danışıqların nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
14:25 18.02.2026
Oxunuş sayı: 572