2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında neytral statusda çıxış edən Rusiya idmançıları təşkilatçılardan ənənəvi mobil telefon hədiyyələrini ala bilməyiblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, idmançıların avadanlıqlarını təmin edən Cənubi Koreya şirkəti və Beynəlxalq Olimpiya Komitəsinin sponsoru olan Samsung yalnız şampun və diş məcunu təqdim edib.
Rus idmançılardan biri sosial şəbəkədə bu vəziyyəti paylaşaraq, hədiyyələrin mobil telefonları əhatə etmədiyini qeyd edib.