İran, Rusiya və Çin tezliklə Hörmüz boğazında birgə təlim keçirəcək
İran, Rusiya və Çin yaxın günlərdə Hörmüz boğazında birgə hərbi-dəniz təlimləri keçirəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, üç ölkə “Təhlükəsizlik Kəməri 2026” adlı təlimlərdə iştirak etmək üçün hərbi gəmilərini bölgəyə göndərib.
“Təhlükəsizlik Kəməri” dəniz təlimləri 2019-cu ildən İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə keçirilir.
Təlimlərin məqsədi qlobal dəniz ticarətinin təhlükəsizliyini gücləndirmək, dəniz terrorizminə qarşı birgə mübarizə aparmaq və xilasetmə əməliyyatlarını koordinasiya etmək kimi təqdim olunur.
22:50 17.02.2026
Oxunuş sayı: 763