Telegramda kanallar kütləvi şəkildə BLOKLANIB
“Telegram” messenceri son həftələrdə kütləvi bloklama həyata keçirərək 187 min 634 qrup və kanalı dayandırıb.
Crossmedia.az xəbər verir ki, fevral ayından etibarən platforma 2,04 milyon icmaya çıxışı məhdudlaşdırıb, onlardan 7116-sı terrorizm əlaqəli olub.
2026-cı ilin əvvəlindən bloklanan qrup və kanalların ümumi sayı 7,5 milyona yaxınlaşıb və bu rəqəmə 27 382 terrorizm əlaqəli icma da daxildir.
Qeyd olunur ki, “Telegram”da 2015-ci ildən istifadəçi şikayətlərinə və maşın öyrənməsinə əsaslanan proaktiv monitorinq sistemi fəaliyyət göstərir, 2024-cü ildən isə süni intellekt əsaslı moderasiya alətləri də tətbiq olunub.
20:55 17.02.2026
Oxunuş sayı: 558