Makronun hərəkəti "lağa qoyuldu"
Fransada “Vətənpərvərlər Partiyası”nın lideri Florian Filippot sosial mediada ölkə prezidenti Emmanuel Makronu Hindistan hava limanındakı davranışını tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yayılan görüntülərdə Makronun təyyarənin qapısı açıldıqdan sonra qısa müddətlik yenidən salona daxil olduğu, həyat yoldaşı Brigitte Makronnun isə pilləkənlərdə qaldığı görünür.
Kadrlarda birinci xanımın heyət üzvü ilə qısa söhbət etdiyi, daha sonra prezidentin geri qayıdaraq onunla birlikdə enməsi əks olunur.
Filippot paylaşımında - “Orada tam olaraq nə baş verdi?” sualını ünvanlayıb.
Bundan əvvəl isə Makronun Hindistanda təhlükəsizlik əməkdaşı ilə qaçdığı görüntülər də sosial mediada yayılmışdı.
Qeyd edək ki, Fransa prezidenti 17–19 fevral tarixlərində Hindistana üç günlük rəsmi səfər həyata keçirir.
20:09 17.02.2026
Oxunuş sayı: 585