Pakistanda terror hücumu: Ölənlər var
Pakistanın Xayber-Paxtunxva əyalətində törədilən terror aktı nəticəsində 11 təhlükəsizlik qüvvəsi həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Hadisə Bacaur bölgəsindəki nəzarət-buraxılış məntəqəsində baş verib. Partlayıcı maddə ilə yüklənmiş avtomobil hərbi posta çırpılıb və nəticədə təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həyatını itirib.
Məlumata görə, qadın və uşaqlar da daxil olmaqla daha yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Pakistan rəsmiləri hücumun arxasında Tehrik-e Taliban Pakistan (TTP) hərəkatının dayandığını ehtimal edirlər.
Rəsmi açıqlamaya əsasən, təhlükəsizlik qüvvələrinin cavab əməliyyatı zamanı 12 silahlı zərərsizləşdirilib.
19:50 17.02.2026
Oxunuş sayı: 633