İxrac azalır: MİLYONLARLA barel neft alıcı tapmır
Rusiyaya məxsus təxminən 150 milyon barel neft tankerlərdə saxlanılır və hələlik alıcı tapa bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə enerji bazarları üzrə şirkət "Kpler" məlumat yayıb.
Məlumata görə, ixracın kəskin azalması nəticəsində böyük həcmdə xam neft dənizdə qalır.
Eyni zamanda, ölkə daxilində quruda saxlanılan neft ehtiyatları da artaraq təxminən 16 milyon barelə çatıb. Beləliklə, ümumilikdə 160–170 milyon barel həcmində ehtiyatın toplandığı bildirilir.
Hesablamalara görə, anbar və tankerlərdə saxlanılan neftin ümumi dəyəri təxminən 6 milyard dollar təşkil edir ki, bu da neft şirkətlərinin dövriyyəsindən çıxarılan vəsait kimi qiymətləndirilir.
Bundan əlavə, bu həcmdə neftin saxlanması gündəlik ən azı 80–100 milyon dollar həcmində itkiyə səbəb olur.
Saxlanılan ehtiyatların yaxın dövrdə daha da arta biləcəyi istisna deyil.
19:21 17.02.2026
Oxunuş sayı: 648