Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini 24 fevral tarixinə – Ukraynada müharibənin başlanmasının dördüncü ildönümünə qədər qəbul etməyi planlaşdırır.
Crossmedia.az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir ki, yeni sanksiyalar Rusiyanı hərbi əməliyyatları dəstəkləyən vəsaitlərdən, mallardan və texnologiyalardan məhrum etməyə yönələcək.
Sözçünün sözlərinə görə, üzv dövlətlər artıq yeni paketin detallarını müzakirə edirlər. Daha əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas sənədin qeyd olunan tarixədək təsdiqlənməsinin planlaşdırıldığını açıqlamışdı.