ABŞ və İran arasında danışıqlar davam etdiyi bir vaxtda Yaxın Şərqdə gərginlik artıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-a yaxınlığı ilə tanınan "Fars News" agentliyi İsrailin baş naziri Benyamin Netanyahunun İranın xüsusi təyinatlıları tərəfindən qaçırıldığını göstərən animasiya videosu yayımlayıb.
Süni intellektlə hazırlanan video təbliğat xarakteri daşıyır və Netanyahunun qandallanaraq aparıldığı səhnələri əks etdirir. Qısa müddətdə sosial mediada trend mövzusuna çevrilən video bölgədə siyasi və hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.
Eyni zamanda ABŞ bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərib, İsrail isə İrana qarşı ritorikasını sərtləşdirib.