İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qüvvələr ABŞ ilə dolayısı danışıqlar başlamazdan əvvəl hərbi mesaj yayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Britaniyalı jurnalist Puriya Zeraəti məlumat verib ki, SEPAH komandirləri qayıqlarda və helikopterdə əks olunan görüntüləri paylaşaraq müharibəyə hazır olduqlarını bildiriblər.
Jurnalist qeyd edib ki, video Cenevrədə ABŞ və İran arasında dolayı danışıqların başlanmasından bir qədər əvvəl yayımlanıb və mesajın hərbi məzmunlu olduğu vurğulanıb.