Tramp Çin, Tayvan və İranla bağlı Qərarını TEZLİKLƏ VERƏCƏK
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin prezidenti Si Cinpin ilə Tayvana Amerika silahlarının tədarükü məsələsini müzakirə edib və yaxın zamanda qərar verməyi planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp həmçinin Cenevrədə keçirilən Ukrayna üzrə üçtərəfli danışıqlara münasibət bildirib və onların “sadə” olacağına əminliyini ifadə edib. İranla bağlı məsələyə toxunan prezident Tehranla razılaşma əldə olunmasına ABŞ-nin maraqlı olduğunu qeyd edib.
Kubaya qarşı mümkün hərbi əməliyyatla bağlı suala cavab olaraq Tramp bunun zəruri olmadığını vurğulayıb və dövlət katibi Marko Rubio ilə danışıqlara ümid etdiyini bildirib.
Prezident həmçinin Sülh Şurasının BMT ilə qarşılıqlı əlaqəsinə icazə verib və lazım gəldikdə Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı fikir ayrılıqlarını həll edə biləcəyinə əmin olduğunu əlavə edib.
14:50 17.02.2026
Oxunuş sayı: 507