Starlinkin söndürülməsi Ukraynaya əks hücumlarda kritik üstünlük verdi
Ukraynalı hərbi ekspert Yuri Kovalenko bildirib ki, Starlink peyk rabitəsinin söndürülməsi rusların rabitə sisteminə ciddi təsir göstərib və onlar indi bu vəziyyətə adaptasiya olmağa çalışırlar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kovalenko qeyd edib ki, Ukrayna Zaparoje istiqamətində əks hücum əməliyyatları həyata keçirərək müəyyən irəliləyişlər əldə edib. Lakin o, vurğulayıb ki, bu tammiqyaslı hücum əməliyyatı deyil, çünki Ukraynanın hazırda kifayət qədər resursu yoxdur.
Ekspert əlavə edib ki, Rusiyanın hələ manevr və ehtiyat imkanları mövcuddur. Ukraynanın əks hücumlarının əsas məqsədi müdafiə üçün zaman qazanmaq, hücum imkanlarını qiymətləndirmək və Rusiyanın hücum tempini mümkün qədər yavaşlatmaqdır. Kovalenko qeyd edib ki, son amildə Ukrayna ciddi uğur qazanıb və bu hazırda ölkə üçün ən vacib məqamdır.
14:17 17.02.2026
Oxunuş sayı: 585