Erməni jurnalist Davit Qalstyanın məlumatına görə, Türkiyənin Hərbi Hava Qüvvələrinə və jandarmasına məxsus “Bayraktar” TB-2 pilotsuz uçuş aparatları son günlər Ağrı Dağının yaxınlığında fəaliyyət göstərib.
Crossmedia.az bu barədə xarici mediaya iistinadən xəbər verir.
Qalstyan bildirib ki, birinci uçuş Hərbi Hava Qüvvələrinə aid “Bayraktar” tərəfindən Ağrı ilə Ermənistan sərhədi arasında həyata keçirilib. Bu uçuşun Ermənistan sərhədi və ya ərazisinin müşahidəsinə yönəlmiş ola biləcəyi ehtimal olunur.
İkinci uçuş isə jandarma pilotsuz aparatına aid olub və Ağrıdan aşağı, İran sərhədinə yaxın ərazidə qeydə alınıb. Bu uçuşun İran sərhədi üzrə qaçaqmalçılıq fəaliyyəti və ya kürd qüvvələrinin hərəkətlərini müşahidə etməyə yönəldiyi güman edilir.
Qalstyan qeyd edib ki, heç bir halda Ermənistan ərazisinə daxil olunmayıb və uçuşlar texniki məsələ çərçivəsində aparılıb.