Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan tarixini öyrənmək qərarına gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir .Paşinyan bildirib ki, o, "Ermənistan tarixinin 3-cü cildinin 1-ci kitabını oxuyub qurtarıb və dərhal 3-cü cildin 2-ci kitabına başlayıb". Baş nazir qeyd edib ki, tarix dərslərini öyrənmək onun üçün davamlı bir fəaliyyət formasıdır və bu, yalnız gündəlik yaşamaq deyil, həm də inkişaf etmək üçün əsas səbəblərdən biridir.