Fransada sağçı qüvvələrin artan populyarlığı fonunda Prezident Emmanuel Makron əsas dövlət vəzifələrə öz müttəfiqlərini təyin etməyə tələsir. Bu addım ölkədə siyasi balansın dəyişə biləcəyi ehtimalı ilə əlaqələndirilir və Yelisey sarayında strateji mövqelərin qorunmasına hesablanıb.
Crossmedia.az bu barədə "Politico" nəşrinə istinadən xəbər verir. Qeyd olunur ki, qarşıdakı siyasi proseslər və sağçı partiyaların reytinqində müşahidə olunan artım hakim komandanı qabaqlayıcı addımlar atmağa sövq edir. Analitiklərin fikrincə, Makronun bu qərarı həm daxili idarəetmədə sabitliyi saxlamaq, həm də mümkün hökumət dəyişikliyi ssenarilərinə hazır olmaq məqsədi daşıyır.