“Xarici agent” kimi tanınan telekanalın jurnalistinə hökm
Rusiyada jurnalist Yekaterina Kotrikadze barəsində qiyabi qaydada həbs hökmü çıxarılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Moskvanın Golovinsky District Court “TV Rain” (Dojd) telekanalının jurnalistini səkkiz il müddətinə azadlıqdan məhrum edib.
Qərar qiyabi qaydada verilib.
Telekanal Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb. Məlumata görə, iş Ermənistan parlamentinin sədri ilə aparılmış müsahibə fonunda gündəmə gəlib.
22:37 16.02.2026
Oxunuş sayı: 503