Laricanidən sərt çıxış: Amerika bazalarına zərbə endirəcəyik
ABŞ İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və ölkə bazalarını hədəf alacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani açıqlamasında bildirib.
"Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında cavab alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik" - deyə o bildirib.
O əlavə edib: "Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm".
Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib.
Lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.
20:35 16.02.2026
Oxunuş sayı: 894