Fransada etimadsızlıq səsverməsi
Fransa müxalifətinin dekabrın 4-də hökuməti devirib. Bununla da ölkə dərin siyasi və iqtisadi böhran vəziyyətindədir.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.
Qeyd edək ki, Barnierin istefasını qısa müddətdə prezident Emmanuel Makrona təqdim edəcəyi gözlənilir.
Nəzrin Salmanova
09:03 05.12.2024
Oxunuş sayı: 25173