Ermənistan niyə KTMT-ni tərk etmir?
KTMT-yə gəlincə, heç bir gecikmə yoxdur. Sürət və templə bağlı baxışımız var. Siz bizim çox aydın, ardıcıl şəkildə konkret istiqamətdə irəlilədiyimizi görürsünüz.
Crossmedia.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 4-də parlamentdə deputat Anna Qriqoryanın “Əgər Ermənistan KTMT-yə geri dönüşü olmayan nöqtəyə çatıbsa, o zaman gecikmənin səbəbi nədir və Ermənistan niyə bu strukturu tərk etmir?” sualını cavablandırarkən deyib.
“Bunu belə etməyimizin müxtəlif səbəbləri var. Sonda qərara gəldik ki, bunu bu şəkildə etməliyik və belə də edirik”, - deyə o bildirib.
Bildirək ki, Baş nazir Nikol Paşinyan daha öncə Ermənistanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan nöqtəyə keçdiyini elan edib.
Nəzrin Salmanova
07:58 05.12.2024
Oxunuş sayı: 25060