Ağ Ev rəhbəri İranla bağlı hesabat istədi
ABŞ rəhbəri Donald Tramp bu yaxınlarda ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerdən İranla razılığa gəlmək şanslarını qiymətləndirmələrini istəyib.
Crossmedia.az xəbər verir ki, onlar Trampa bildiriblər ki, tarix göstərir ki, Tehranla güclü bir razılaşma əldə etmək çox çətindir, İran böyük diplomatik təcrübəyə malik ölkədir və onlar asan təslim olmur. Onlar qeyd edib ki, yaxşı anlaşma bəlkə də qeyri-mümkündür, baxmayaraq ki, İran rəsmiləri indiyə qədər "bütün olmalı şeyləri deyirlər".
Vitkoff və Kuşner həmçinin Trampa "sərt xətt"i qoruyub saxlayaraq danışıqları davam etdirəcəklərini və Trampa qənaətbəxş hesab etdikləri hər hansı bir razılaşmanı təqdim edəcəklərini bildiriblər ki, o, da davam edib-etməmək barədə qərar verə bilsin.
13:50 15.02.2026
Oxunuş sayı: 1223