Zelenskidən diqqətçəkən açıqlama: “Shahed" dronları yeni mərhələyə keçib”
Ukrayna prezidenti Volodimir Zelenski İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) əvvəlki modellərlə müqayisədə ciddi şəkildə təkmilləşdirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, İran rejimi ilk dəfə Rusiyaya “Shahed” dronlarını verdikdə onlar sadə silahlar idi və Ukrayna hava müdafiə sistemləri tərəfindən asanlıqla zərərsizləşdirilirdi.
Ancaq hazırda istifadə olunan “Shahed” PUA-ları tamamilə fərqli xüsusiyyətlərə malikdir. Yeni dronlar reaktiv mühərriklə təchiz olunub, müxtəlif yüksəkliklərdə uça bilir və operator tərəfindən real vaxt rejimində idarə olunur.
Ukrayna Prezidenti qeyd edib ki, bu dronlar hədəflərinə çatmaq üçün Starlink peyk rabitə sistemindən də istifadə edə bilər. Bundan əlavə, “Shahed”lər FPV tipli dronlar üçün “ana gəmi” rolunu oynayaraq digər pilotsuz aparatları da daşımaq imkanına malikdir.
12:52 15.02.2026
Oxunuş sayı: 861