Türkiyə arxivləri danışır: Britaniya casusunun Osmanlı torpaqlarındakı missiyası
Türkiyə Kəşfiyyat İdarəsi(MİT) Britaniya kəşfiyyatının məşhur siması Tomas Edvard Lourensin fəaliyyəti ilə bağlı 1929-cu ildə Türkiyənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə göndərilmiş hesabatı ictimaiyyətə açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məxfilikdən çıxarılan sənəddə ərəbistanlı Lourens kimi tanınan casusun Osmanlı hakimiyyəti altındakı bölgələrdə necə fəaliyyət göstərdiyi ətraflı təsvir olunur.
Sənədə əsasən, Lourens müxtəlif kimliklərə – müsəlman alimi və ya yəhudi ravvini obrazına girərək Misir, Suriya və İraq sərhədlərini keçib.
Tarixi sənədin açıqlanması Osmanlı dövründə xarici müdaxilələr və kəşfiyyat əməliyyatları ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Səriyyə Tağıyeva
09:24 15.02.2026
Oxunuş sayı: 629