İsrail Livanın cənubuna aviazərbələr endirib
İsrail Livanın cənubunda bir sıra ərazilərə hava zərbələri endirib.
Crossmedia.az Livan mənbələrinə istinadən xəbər verir ki, hücumlar Humin və Deyr Əz-Zəhrani kəndləri arasındakı əraziləri əhatə edib.
Bildirilib ki, İsrail qırıcı təyyarələri Mleyx şəhərinin ətrafını və Cəbur yüksəkliklərini də hədəfə alıb.
Məlumata əsasən, İsrailə məxsus kvadrokopter Meis Əl-Cəbəl şəhərinin Əl-Kesair məhəlləsində yerləşən bir evə bir neçə bomba atıb.
Hadisə nəticəsində itkilər və dağıntılarla bağlı rəsmi açıqlama hələlik verilməyib.
09:18 15.02.2026
Oxunuş sayı: 533