Axios: Vaşinqton Tehrana iqtisadi təzyiqi artıracaq
ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı iqtisadi təzyiqin artırılması məsələsində razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqton nüvə proqramı ilə bağlı güzəştlər əldə etmək ümidi ilə Tehrana qarşı maksimum təzyiq kampaniyasını genişləndirməyi planlaşdırır.
ABŞ xüsusilə İranın neft ixracına qarşı tədbirləri sərtləşdirmək niyyətindədir. Bildirilir ki, İran neftinin 80 faizdən çoxu Çinə ixrac olunur və Vaşinqton bu daşınmalara nəzarəti gücləndirməyi nəzərdən keçirir.
Mənbələrin sözlərinə görə, Tramp və Netanyahu arasında strategiya ilə bağlı müəyyən fikir ayrılıqları da mövcuddur.
Netanyahu İranla yeni razılaşmanın mümkünsüz olduğunu düşünür, Tramp isə danışıqlara şans verilməsinin tərəfdarıdır.
09:05 15.02.2026
Oxunuş sayı: 465