Zaxarova Zelenskini xəstə adamlarla müqayisə etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkilərin təxirə salınması ilə bağlı açıqlamalarını sərt tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Zaxarova bildirib ki, Zelenskinin açıqlamaları xəstə adamın dediklərinə oxşayır.
Onun sözlərinə görə, Ukrayna lideri bir an hamını seçki prosesini təşkil etməyə çağırır, növbəti anda isə fikrini dəyişir və ya seçkiləri təxirə salır.
Qeyd edək ki, Zelenski daha əvvəl bəyan edib ki, ABŞ israr edərsə, Ukrayna seçkilər keçirməyə hazırdır.
Lakin bunun üçün iki aya qədər atəşkəsin təmin olunmasının vacib olduğunu vurğulayıb.
20:35 14.02.2026
Oxunuş sayı: 469