Putin haqqında qəribə iddia: O, adi adamlar kimi yaşamır
Rusiya Prezidenti Vladimir Putinin siyasi davranışı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Açıqlamada qeyd edilir ki, Putin adi insanlar kimi yaşamır.
O, nə hakimiyyətsiz, nə də hakimiyyətdən sonrakı həyatı təsəvvür edə bilir.
Bildirilir ki, o, gündəlik və adi məsələlərə maraq göstərmir, özünü daha çox tarixi imperator fiqurlarla müqayisə edir.
İddialara görə, ərazi fəthləri ilə bağlı düşüncələrində real siyasi fiqurlardan çox Çar I Pyotr və İmperatriça II Yekaterinanın irsinə istinad edir.
Qeyd olunub ki, Putin özünü çar kimi görə bilər, amma əslində o, müharibənin köləsidir.
19:45 14.02.2026
Oxunuş sayı: 497