Trampın paylaşdığı FOTO dünya gündəmini silkələdi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb.
Crossmedia.az xəbər verir ki, Tramp sözügedən şəkli özünün Truth Social platformasında heç bir izahat vermədən yayımlayıb.
Paylaşım ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxta təsadüf edib və bəzi müşahidəçilər tərəfindən Vaşinqtonun Tehrana növbəti xəbərdarlığı kimi qiymətləndirilib.
Xatırladaq ki, Tramp daha əvvəl İranla danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ-nin təyyarədaşıyan gəmisinin bölgədə mövcudluğunun vacibliyini vurğulamışdı. Son paylaşım da həmin mövqenin davamı kimi şərh olunur.
18:31 14.02.2026
Oxunuş sayı: 527