İran və ABŞ arasında növbəti danışıqların İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlar Omanın vasitəçiliyi ilə gələn çərşənbə axşamı Cenevrədə baş tutacaq.
Məlumata görə, görüşdə ABŞ Prezidenti Donald Trampın nümayəndələri iştirak edəcək. Eyni zamanda, Axios xəbər saytı danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçının da iştirak edəcəyini bildirib.
"Axios"un amerikalı rəsmi mənbəyə istinadən yaydığı xəbərə görə, Trampın nümayəndəsi Stiv Uitkof Omanın xarici işlər naziri ilə əlaqə saxlayaraq nüvə məsələsi ilə bağlı İrana bir sıra mesajların çatdırılmasını xahiş edib. Bildirilir ki, həmin mesajlar sənəd şəklində hazırlanaraq İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə ötürülüb.