Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Grossi İranın nüvə proqramı ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik rəhbəri çıxışını Munich Security Conference çərçivəsində edib.
Qrossi bildirib ki, İranın nüvə proqramı üçün yoxlama sisteminin layihələndirilməsi həm texniki, həm də siyasi baxımdan mümkündür. Bununla belə, o qeyd edib ki, 12 günlük müharibədən sonra İranın ümumi nüvə vəziyyəti köklü şəkildə dəyişib.
AEBA rəhbəri əlavə edib ki, mövcud şəraitdə şəffaflıq və beynəlxalq nəzarət mexanizmlərinin bərpası xüsusi əhəmiyyət kəsb edir.