Əlillər orduda xidmət edə biləcək
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə hərbi xidmətlə uyğun olmayan xəstəliklər siyahısına yenidən baxılması zəruridir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, hazırda texnologiyanın inkişafı sayəsində hətta əlilliyi olan şəxslər də orduda müxtəlif vəzifələrdə xidmət edə bilər.
Paşinyan jurnalistlərə açıqlamasında deyib:
“Əgər şəxsin xidmətlə uyğun olmayan xəstəliyi varsa, bu qanuni əsaslarla müəyyən edilməlidir. Amma texnologiyalar o qədər dəyişib ki, hətta əlilliyi olan insan pilotsuz uçuş aparatı operatoru kimi xidmət göstərə bilər.”
Baş nazir əlavə edib ki, qanunvericiliyin təkmilləşdirilməsi korrupsiya mexanizmləri vasitəsilə hərbi xidmətdən yayınma halları riskini minimuma endirmək məqsədini daşıyır.
Paşinyan həmçinin vurğulayıb ki, bu prosesdə əsas məqsəd həm hüquqi, həm də ədalətli yanaşmanın təmin edilməsidir.
12:45 14.02.2026
Oxunuş sayı: 700