Ankara–Ər-Riyad xəttində kritik an: Saziş masada
Səudiyyə Ərəbistanı Türkiyənin KAAN beşinci nəsil qırıcı təyyarə proqramında iştirak edib-etməmək barədə qərar verməyin son mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Turkish Aerospace" şirkətinin baş direktoru Mehmet Demiroğlu "Breaking Defense" jurnalına verdiyi müsahibədə bildirib.
"Ümid edirik ki, bu il bu vacib mərhələyə çatacağıq", - deyə Demiroğlu qeyd edib.
Məhdud partiyanın birbaşa alınmasından tutmuş Krallıqda yerli istehsalın başlanmasına qədər müxtəlif ssenarilər müzakirə olunur.
Səudiyyə Ərəbistanında son yığım xəttinin yaradılması üçün layihənin iqtisadi cəhətdən səmərəli olması üçün ən azı 50 qırıcı təyyarə sifarişi tələb olunacaq.
18:42 13.02.2026
Oxunuş sayı: 539