Ukraynaya həyati dəstək: İlin sonuna qədər 10 min dron təhvil veriləcək
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada ölkəsi üçün birgə dron istehsalının ilkin nəticələrini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, ilin sonuna qədər 10 min dron istehsal edilərək Ukrayna qüvvələrinə təhvil veriləcək.
Prezident artıq Quantum Frontline Industries GmbH-in istehsal müəssisələrini ziyarət edib və birgə istehsal olunmuş ilk hücum dronunu qəbul edib.
Zelenski bildirib: “Bu, süni intellektlə təchiz olunmuş, döyüş sınaqlarından keçirilmiş müasir Ukrayna texnologiyasıdır. O, zərbələr endirəcək, kəşfiyyat aparacaq və əsgərlərimizi qoruyacaq.”
Dövlət başçısı xatırladıb ki, Ukrayna uzun müddətdir Avropada birgə istehsal xətlərinin açılması üzərində işləyir və ilin sonuna qədər 10 birgə müəssisə açılacaq.
17:21 13.02.2026
Oxunuş sayı: 610