Ermənistandan təxribatçı addım: Aİ missiyasının regionda qalmasına çalışırlar
Rəsmi İrəvan Avropa İttifaqının (Aİ) mülki missiyasının Ermənistanda qalmasını istəyir.
Crossmedia.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, gələcək əməkdaşlığın üsulları hazırda müzakirə olunur. Tərəflər mümkün birgə fəaliyyətlərin əhatə dairəsini müəyyənləşdirəcək və dəqiqləşdirəcəklər.
Qriqoryan vurğulayıb: "Bilirsiniz ki, sülh müqaviləsi çərçivəsində qüvvəyə minmək üçün hələ imzalanmalı və təsdiqlənməli olan razılaşmalara nail olmuşuq və bundan sonra necə irəliləyəcəyimizi anlaya biləcəyik. Amma bir şey dəqiqdir: biz missiyanın Ermənistanda qalmasını istəyirik və bunun üçün çalışmağa davam edəcəyik".
O qeyd edib ki, missiya regionda sabitliyin möhkəmlənməsinə, sərhəd icmalarının təhlükəsizlik və sabitliyə inamlı hiss etməsinə müsbət təsir göstərib.
16:58 13.02.2026
Oxunuş sayı: 455