Ermənistan Türkiyə ilə əldə edilmiş razılaşmaların tez bir zamanda həyata keçməsi üçün tələsir
İrəvan və Ankara sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı artıq əldə edilmiş razılaşmaların tez bir zamanda həyata keçirilməsi üçün danışıqları davam etdirirlər.
Crossmedia.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, bu açıqlamanı jurnalistlərlə söhbətində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması barədə danışarkən verib.
Qriqoryan deyib: "Vaxt çərçivəsi barədə heç nə deyə bilmərəm. Türkiyə ilə əldə edilmiş razılaşmaları yerinə yetirməyi gözləyirik. Bu razılaşmaları mümkün qədər tez həyata keçirmək üçün Türkiyə tərəfi ilə danışıqları davam etdiririk."
Qeyd edək ki, Türkiyə 1993-cü ildən bəri Ermənistan-Türkiyə sərhədini bağlayıb. 2022-ci ildə tərəflər münasibətlərin normallaşması prosesinə başlayıblar və bunun bir hissəsi olaraq sərhədləri üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaq barədə razılığa gəliblər, lakin bu razılaşma hələ də həyata keçirilməyib.
16:48 13.02.2026
Oxunuş sayı: 514