Polşa XİN: İran və Rusiya arasında hərbi əməkdaşlığa dair konkret sübutlar var
İran və Rusiya arasında hərbi əməkdaşlığa dair konkret sübutlar var.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Nazirin sözlərinə görə, İran Rusiyaya yalnız pilotsuz uçuş aparatları (PUA) tədarük etməklə kifayətlənməyib, həm də onların istehsalının qurulmasına kömək göstərib.
Sikorski sübut kimi Polşada silahsızlaşdırılaraq sınaqdan keçirilmiş və daha sonra hərbi təyyarələrlə çatdırılmış İran istehsalı dronu təqdim edib.
Bununla yanaşı, Tehran Rusiyaya dron tədarük etdiyini inkar etməyə davam edir.
Polşa XİN rəhbəri vurğulayıb ki, İran teokratiyası ilə Rusiya avtokratiyası iki istiqamətdə əməkdaşlıq edir və bu əməkdaşlıq beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
16:32 13.02.2026
Oxunuş sayı: 581