Hərbi polkovnik Çin üçün işləməkdə ittiham olunur
Yunanıstanda böyük rezonans doğuran casusluq işi üzrə Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti, polkovnik Christos Flessas Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək həbs olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Word kanalı məlumat yayıb.
Məlumata görə, 54 yaşlı polkovnik Afinada saxlanılıb və hazırda hərbi məhkəmənin qərarını gözləyir. O, Yunanıstanın Hərbi Hava Qüvvələrində strateji əhəmiyyətli vəzifə tutaraq NATO-ya aid gizli sənədlər də daxil olmaqla mühüm hərbi məlumatlara çıxış imkanına malik olub.İstintaq aylarla davam edib.
Yunan mətbuatının yazdığına görə, Flessasın fəaliyyəti bir neçə ay davam edən gizli istintaq nəticəsində üzə çıxıb. Araşdırmalar zamanı müəyyən edilib ki, o, klassifikasiya olunmuş hərbi məlumatları sistemli şəkildə Çin kəşfiyyat orqanlarına ötürüb. Məlumatlar arasında NATO sənədləri və Yunanıstanda inkişaf etdirilən həssas müdafiə texnologiyaları da yer alıb.İstintaqa əsasən, əməliyyat barədə Yunanıstan tərəfinə ilkin məlumatlar CIA və digər müttəfiq kəşfiyyat qurumları tərəfindən təqdim olunub.
Bildirilir ki, polkovnik gizli sənədləri ötürmək üçün xüsusi şifrələmə proqramlarından və elektron qurğulardan istifadə edib. Bu vasitələrin Çin tərəfi tərəfindən təqdim edildiyi iddia olunur. Sızdırılan hər məlumat üçün ona 5 min avrodan 15 min avroyadək ödəniş edildiyi də araşdırma materiallarında yer alır.
Bundan başqa, Flessasın rəsmi qeydiyyata düşməyən şəkildə Çinə səfər etdiyi, orada casusluq fəaliyyətinə dair təlimlər aldığı da iddia olunur.
Vurğulamaq yerinə düşər ki, Çin kəşfiyyatı ilə əlaqəsi əvvəlcə peşəkar sosial şəbəkələr, xüsusilə LinkedIn vasitəsilə qurulub. Daha sonra bu əlaqə Avropada keçirilən beynəlxalq NATO konfranslarından birində rəsmiləşdirilib.
Fatimə Məmmədova
16:35 13.02.2026
Oxunuş sayı: 565