Ramzan Kadırovun üçüncü oğlu Adam 18 yanvarda Qroznıda baş verən avtomobil qəzasından sonra təxminən üç həftəlik müalicədən sonra Botkin Xəstəxanasından evə buraxılıb.
Crossmedia.az bu barədə "Novaya Gazeta Europa" ya istinadən xəbər verir ki, qəzaya onun kortejindəki aparıcı nəqliyyat vasitəsinin sürücüsünün günahı səbəb olub.Hadisə nəticəsində Adamın dalağı Moskvada çıxarılıb, ona çənə sümüyünün sınığı və görmə sinirinin zədələnməsi diaqnozu qoyulub. Həkimlərin məlumatına görə, o, qismən görmə qabiliyyətini itirmə riski ilə üzləşir.Maşında olan üç mühafizəçi də xəsarət alıb; ikisi Moskvada xəstəxanaya yerləşdirilib, birinin isə iflic vəziyyətində qala biləcəyi bildirilir.
Ramzan Kadırov açıqlamasında qeyd edib ki, ölkədə minlərlə avtomobil qəzası baş verir, lakin oğlunun iştirakı ilə olan hadisə “dünya miqyasında xəbər başlıqlarına çıxıb”.
Hazırda ictimaiyyət hadisənin detallarını və mühafizəçilərin vəziyyətini diqqətlə izləyir.