Qırğızıstan prezidenti istefa məsələsindən danışdı
Qırğızıstan Prezidenti Sadır Japarov Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsinin ölkədə sabitliyin qorunması məqsədi daşıdığını bildirib.
Crossmedia.az xəbər verir ki, prezident bunu Kabar agentliyinə deyib:
Bu qərar cəmiyyətdə gərginliyin yaranmaması üçün qəbul olunub. Onun sözlərinə görə, Taşiyevlə şəxsi münasibətləri dəyişməyib və istefa qərarından əvvəl onunla telefon danışığı aparıb.
Japarov bildirib ki, sürətli qərar Taşiyevin özünün də zərər görməsinin qarşısını alıb. Prezidentin fikrincə, ətrafındakı bəzi şəxslər onu yanlış istiqamətə yönəldirdi.
Dövlət başçısı vurğulayıb ki, bəzi siyasətçilər parlamentdə deputatları “Taşiyevin komandası” və “prezidentin komandası” kimi ayırmağa çalışıblar. Bu prosesin davam etməsi cəmiyyətdə parçalanmaya səbəb ola bilərdi.
12:08 13.02.2026
Oxunuş sayı: 514