Qazaxıstanın cənub bölgələrində müşahidə olunan əlverişsiz hava şəraiti yollarda ciddi çətinliklərə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,güclü qar və külək nəticəsində avtomobil yollarında tıxaclar yaranıb, təxminən 2200 nəqliyyat vasitəsi yollarda ehtiyatda qalıb.
Məlumata görə, vəziyyətin nəzarətdə saxlanılması və sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxminən 400 polis əməkdaşı gecə-gündüz xidmət aparır.
Hazırda bir neçə avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Səlahiyyətli qurumlar sürücülərə zəruri olmadığı halda səfərə çıxmamağı və hava şəraitini nəzərə almağı tövsiyə edirlər.