ABŞ Dövlət katibi Marko Rubio Almaniyanın Münhen şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Görüşün Münhen şəhərində keçiriləcəyi və tərəflər arasında Ukraynadakı mövcud vəziyyət, təhlükəsizlik məsələləri və ABŞ–Ukrayna münasibətlərinin müzakirə olunacağı bildirilir.
Rəsmi açıqlamaya əsasən, görüş çərçivəsində regional sabitlik, hərbi və humanitar dəstək məsələləri də gündəmdə olacaq.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutması gözlənilən bu görüş iki ölkə arasında strateji əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.