Ukrayna Prezidenti Volodimir Zelenskinin müşavirləri Ukrayna Silahlı Qüvvələrinin Donbas bölgəsindən çıxarılması ehtimalını istisna etməyiblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kiyev bu addımı mümkün sülh danışıqları çərçivəsində ən əhəmiyyətli güzəşt kimi qiymətləndirir. Bildirilir ki, qərarın legitimliyini təmin etmək məqsədilə yaz aylarında referendum keçirilməsi variantı da nəzərdən keçirilir.
Müşavirlər qeyd ediblər ki, yekun qərar yalnız ölkə daxilində geniş siyasi və ictimai müzakirələrdən sonra qəbul oluna bilər.
Rəsmi Kiyev tərəfindən məsələ ilə bağlı hələlik əlavə açıqlama verilməyib.